Valideynlərin şikayəti nəzərə alındı
30 May 2025
Valideynlərin etirazından sonra Azərbaycanda lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı qərara yenidən baxılıb.
Yeni qərara görə, 2025-2026-cı tədris ilində istisna olaraq 5, 6 və 8-ci siniflər üzrə də qəbul prosesi həyata keçiriləcək.
Bu barədə Təhsil İnstitutunun mayın 29-da yayılan açıqlamasında bildirilir.
Bundan əvvəlki qərarda isə qəbulun bu ildən yalnız 7-ci siniflərə gerçəkləşəcəyi vurğulanmışdı. Bu da valideynlərin şikayətlərinə səbəb olmuşdu.