Logo
news content
User
Kateqoriyalar

Xəbər

ÜST meymunçiçəyi virusunun adını dəyişəcək - Səbəb nədir?

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusuna yeni ad tapmaq üçün mütəxəssislərlə birlikdə işlədiyini bildirib. Bu, 30-dan çox elm adamının meymunçiçəyi adının qeyri-dəqiq olduğu və “ayrı-seçkiliyə yol verildiyi” barədə məktub yazmasından sonra baş verir.

Bu barədə BBC məlumat yayıb.

Onların fikrincə, virusun Afrika mənşəli olduğunun xatırlanması qeyri-dəqiqdir və ayrı-seçkiliyə yol verilir.

Son həftələrdə dünyada 1600-ə yaxın yoluxma qeydə alınıb.

Meymunçiçəyinin artıq endemik olduğu ölkələrdə 72 ölüm hadisəsi qeydə alınsa da, 32 yeni ölkədə ölüm halı qeydə alınmayıb.