Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ümumdünya Mətbuat Azadlığı İndeksi – 2024: Jurnalistika siyasi təzyiq altındadır

Bütün dünyada mətbuat azadlığını onun qarantı olmalı olan adamlarsiyasi hakimiyyət təhdid edir. Bunu "Sərhədsiz Reportyorlar" təşkilatının hazırladığı sonuncu  illik Ümumdünya Mətbuat Azadlığı İndeksi sübut edir.

Getdikcə daha çox hökumət jurnalistikanın etibarlı və müstəqil informasiya mənbəyi olması üçün öz qarant rolunu yerinə yetirmir. Bu, tez-tez KİV-in roluna xələl gətirən düşmənçilik hərəkətləri, mətbuatdan təqib kampaniyası və dezinformasiyada alət kimi istifadə etməklə baş verir.

Müharibələr və seçkilər jurnalistlər üçün ən təhlükəli hadisələrdir, onlar daha çox öldürülür və ya həbs edilir.

Hökumətlərin bir çoxu sosial şəbəkələrə və İnternetə nəzarəti gücləndirib, girişi məhdudlaşdırıb, hesabları bloklayıb və xəbər və informasiya daşıyan mesajları sıxışdırıb.

Siyasi xadimlər tez-tez özləri təbliğat və ya dezinformasiya kampaniyalarında iştirak edirlər.

Şərqi Avropa və Mərkəzi Asiyada Rusiya repressiv metodlarını təlqin edərək senzura güclənib,  xüsusən Belarus (167-ci), Gürcüstan (103-cü yer), Qırğızıstan (120-ci yer) və Azərbaycanda (164-cü yer – 2023-cü ildə olduğundan 13 bənd aşağı).

Siyasi göstəricinin ümumi azalması ümumdünya mətbuat azadlığı indeksi liderlərinin üçlüyünə də təsir edib. Əvvəlikət birinci yerdə olan Norveç öz siyasi reytinqinin aşağı düşdüyünü göstərib (8-ci yer), siyasətçilərin kütləvi informasiya vasitələrini məhkəməylə qorxutmağa məruz qoyduğu İrlandiya (8-ci yer) Avropa İttifaqında lider mövqeyini Danimarkaya (2-ci yer) ötürüb, onun ardından İsveç gəlir (3-cü yer).

Ən aşağı mövqelərdə Çin (172), Bəhreyn (173), Vyetnam (174), Türkmənistan (175), İran (176), Şimali Koreya (177), Əfqanıstan (178), Suriyadır (179).