Umerov Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin olunacaq
03 Avqust 2026
Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovun Xarici Kəşfiyyat Xidmətinin yeni rəhbəri təyin ediləcəyini təsdiqləyib.
“RBK-Ukrayna” xəbər verir ki, bu barədə dövlət başçısı Kiyevdə ukraynalı səfirlərlə müşavirə zamanı bildirib.
Zelenski qeyd edib ki, Umerov bundan sonra da bu işi (dron sazişləri - red.) koordinasiya edəcək və bu, təkcə Yaxın Şərqlə məhdudlaşmayacaq.
"R.Umerovun eyni vaxtda diplomatiya, müdafiə məsələləri, Birləşmiş Ştatlar və digər tərəfdaşlarla danışıqlar prosesi, eləcə də müharibənin başa çatması üzrə danışıqlarla məşğul olmaq üçün daha çox imkanının olması məqsədilə o, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin ediləcək", - nəşr Zelenskinin sözlərini sitat gətirib.
14:01
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ölkənin Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edə bilər.
Bu barədə məlumatlı mənbəyə istinadən "RBK-Ukrayna" məlumat yayıb.
Nəşrin həmsöhbətinin sözlərinə görə, R.Umerovun namizədliyi onun beynəlxalq əlaqələr və xarici siyasət fəaliyyəti sahəsindəki təcrübəsinə əsaslanaraq nəzərdən keçirilir.
"Bu, Umerovun təcrübəsinə uyğun fəaliyyət sahəsidir - daim xüsusi beynəlxalq əlaqələr, xarici fəaliyyət, silah və beynəlxalq istiqaməti özündə birləşdirən struktur. Burada həmçinin ballistik raketlərə qarşı koalisiya, pilotsuz uçuş aparatları ilə bağlı sazişlər və digər istiqamətlər üzrə bütün işləri "praktiki müstəviyə keçirmək" üçün əsas baza mövcuddur", - mənbə bildirib.
Hazırda bu məlumatın rəsmi təsdiqi yoxdur.
Daha əvvəl Ukrayna Prezidentinin müşaviri Dmitri Litvin bildirmişdi ki, R.Umerov Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi postunu tərk edəcək. D.Litvinin sözlərinə görə, R.Umerovun gələcək təyinatı Ukrayna Prezidenti Volodimir Zelenski ilə ayrı bir söhbətin mövzusu olmalıdır.