Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynanın işğalı - Rəqəmlər nə deyir?

Rusiya işğalı və ya fəal hərbi əməliyyatlar Ukraynanın 9 vilayətinin 313 icmasının ərazisini əhatə edir.

Müvəqqəti İşğal Olunmuş Ərazilərin Reinteqrasiyası Nazirliyi belə hesabat yayıb. Krımın nəzərə alınmadığı siyahıda bölgələr belə sıralanır: Donetsk vilayəti – 66 icma, Zaporoyje vilayəti – 54, Xarkov vilayəti – 51, Xerson vilayəti – 49, Luqansk vilayəti – 37, Nikolayev vilayəti – 25, Sumı vilayəti – 19, Dnepropetrovsk vilayəti – 7, Çerniqov vilayəti – 5.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını işğal edərək özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini tutaraq iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır.

Ukraynanın 603 min 548 kvadrat kilometr ərazisi var. Statistikaya görə, ərazinin 126 min kvadrat kilometrdən çox hissəsi zəbt olunub.