Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Rusiyada raket və aviasiya bombaları üçün batareya istehsal edən zavodu vurub

Ukrayna Ordusu Rusiyanın Lipetsk vilayətində raket və aviasiya bombaları üçün batareyalar istehsal edən “Energiya” zavodunu vurub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində müəssisənin ərazisində yanğın baş verib.

Baş Qərargah həmçinin digər Rusiya hərbi-sənaye obyektlərinə endirilmiş əvvəlki zərbələrin nəticələrinin təsdiqləndiyini bildirib.

Belə ki, Oryol şəhərində yerləşən “Proton-Elektrotex” müəssisəsində mikrosxemlərin istehsalının həyata keçirildiyi əsas sexin məhv edildiyi, binaya və serverlərə ziyan dəydiyi qeyd olunub.

Ukrayna tərəfi bildirib ki, adıçəkilən müəssisələr Rusiya hərbi-sənaye kompleksinin fəaliyyətində istifadə olunan məhsulların istehsalı ilə əlaqəlidir.