Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynanı işğal etməyə çalışan Rusiya: Türkiyə xüsusi əməliyyat keçirməməlidir

“Rusiya Türkiyənin Suriyanın şimalında həyata keçirəcəyi əməliyyatdan imtina etməsinə çalışmağa davam edəcək”.

Rusiya mediası xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

“Türkiyə ilə işləməyə davam edirik. Ümid edirik ki, siyasi-diplomatik yolla razılıq əldə olunacaq”, - deyə Boqdanov söyləyib.

Qeyd edək ki, Türkiyə mediası iyunun 20-si ölkənin Suriyanın şimalında həyata keçirəcəyi hərbi əməliyyatın bütün hazırlığını başa çatdırdığını yazıb.