Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynanı çox çətin müharibə gözləyir

“Ukraynanı çox çətin müharibə gözləyir”.

Bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının Baş katibi Aleksey Danilov tviter səhifəsində yazıb.

Onun sözlərinə görə, Ukraynanın müttəfiqlərindən aldığı hərbi yardım kifayət etmir: "Biz bütün tərəfdaşlarımıza minnətdarıq və ümid edirik ki, Rusiya ilə paritet əldə olunacaq. Biz çox çətin müharibə ilə üz-üzəyik və ölkəmizi bizdən başqa kimsə müdafiə etməyəcək”.

Xatırladaq ki, daha əvvəl Prezident Volodimir Zelenski Donbasda vəziyyətin ağır olduğunu bildirmişdi. Çünki Rusiya ordusu Ukraynanın şərq rayonlarını məhv etmək üçün bütün texnika və canlı qüvvədən istifadə edir.