Ukraynada onlarla deputat istefa ərizəsi təqdim edib
14 Mart 2026
Onlarla Ali Rada üzvü deputat səlahiyyətlərinə xitam verilməsi barədə ərizə təqdim edib.
UNİAN xəbər verir ki, bu barədə xalq deputatı Aleksandr Yurçenko "Novini.Live" efirində bildirib.
"Mənə məlumdur ki, [Ali Radanın] onlarla deputatı artıq ərizə verib, getmək, mandatdan imtina etmək istəyir, onlarla, təxminən 50-60 nəfər", - deyə agentlik parlamentarinin sözlərini çatdırıb.
Söhbətin hakim "Xalqın xidmətçisi" Partiyasının nümayəndələrindən gedib-getmədiyi ilə bağlı dəqiqləşdirici suala Yurçenko təsdiqləyici cavab verib.
Deputatın sözlərinə görə, səbəblər, ehtimal ki, parlamentin uzun kadensiyası, yorğunluq və 50 min qrivna (1,1 min ABŞ dollarından çox - red.) məbləğindəki aşağı maaşdır.