Ukraynada F-16 qırıcısı qəzaya uğrayıb
30 İyul 2026
Ukrayna döyüş tapşırığını yerinə yetirərkən F-16 qırıcısını itirib.
Ukrayna mediası xəbər verir ki, pilot katapult etməyə macal tapıb.
"İyulun 29-da təyyarə cəbhə istiqamətlərindən birində düşmənin hava hədəflərinin ələ keçirilməsi üzrə döyüş tapşırığını yerinə yetirirdi. Göyərtədə ştatdankənar vəziyyət yaranıb, bu səbəbdən pilot katapult etməyə məcbur olub. O, uğurla təxliyə edilib və müayinə üçün tibb müəssisəsinə çatdırılıb", - məlumatda bildirilir.
Qeyd olunur ki, mülki əhali arasında tələfat və dağıntı yoxdur. Təyyarənin düşdüyü yerdə ekspertlər və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər, hadisənin səbəbləri müəyyənləşdirilir.