Ukraynada döyüşmüş rus general həbs edilib
01 Oktyabr 2026
Rusiya ordusunun general-mayoru Sergey Nikituşkin həbs edilib.
“Mash” xəbər verir ki, Rusiya silahlı qüvvələrinin Döyüş Hazırlığı Baş İdarəsinin maddi-təlim bazası şöbəsinin rəisi Sergey Nikituşkin həbs olunub.
Dünən axşam 51 yaşlı zabit istintaq təcridxanasına göndərilib, onun ittiham olunduğu işin mahiyyəti hələlik məlum deyil.
Nikituşkin “xüsusi əməliyyat zonası”nın iştirakçısıdır, o, 9 dekabr 2024-cü ildə general-mayor rütbəsi alıb.
Onun Rusiya Federasiyasında tank poliqonlarının modernləşdirilməsi ilə məşğul olduğu bildirilir.