Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada 108 uşaq həlak olub, 120-si yaralanıb

Rusiyanın Ukraynada apardığı müharibə zamanı mülki əhaliyə qarşı hücumları nəticəsində indiyədək 108 uşaq həlak olub, 120-si də yaralanıb.

Bu barədə Ukrayna Baş Prokuror Ofisi “Telegram” kanalından bildirib.

Zərərçəkən uşaqların çoxu Kiyev (52 nəfər), Xarkov (34), Donetsk (25), Çernihiv (24), Mikolaiv (20), Jitomir (15), Sumı (14), Xerson (10) əyalətlərinin payına düşür.

Bununla yanaşı, Rusiya ordusunun artileriya və raket hücumları nəticəsində 411 təhsil ocağına ziyan dəyib, bunların 63-ü bütövlükdə dağılıb, həmçinin 11 səhiyyə müəssisəsi və 3 reabilitasiya mərkəzi atəşə tutulub.