Avstriya casusluqda şübhəli bilinən dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib
23 Oktyabr 2026
Avstriya dörd Rusiya diplomatını "arzuolunmaz şəxs" elan edib.
Bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, Avstriya casusluqda şübhəli bilinən dörd rusiyalı diplomatı ölkədən çıxarır. Xarici işlər naziri Beate Meinl-Reisinger onların dərhal ölkəni tərk etmələrini tələb edib.
Qeyd olunub ki, rusiyalı diplomatlar bir müddət Avstriya kəşfiyyat xidmətləri tərəfindən izlənilib.