Ukrayna "Wildberries"in Başqırdıstandakı logistika habını da vurdu
13 Avqust 2026
Ukrayna Müdafiə Qüvvələri avqustun 13-ü gecə saatlarında Başqırdıstanın (Rusiya) Çişmi rayonunda yerləşən "Wildberries" logistika kompleksinə zərbə endirib.
“RBK-Ukrayna” xəbər verir ki, bu barədə yerli sakinlər məlumat veriblər.
İlkin məlumatlara görə, hücumdan sonra böyük anbar-paylayıcı kompleksinin ərazisində yanğın baş verib.
Hab marketpleysdə malların saxlanması, çeşidlənməsi və paylanması üçün istifadə olunur.