Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna və Rusiya arasında danışıqlar bu gün davam edəcək

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar martın 16-da davam edəcək.

TASS xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofis rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Onun sözlərinə görə, tərəflərin mövqelərində əsaslı ziddiyyətlər olsa da, güzəştə getmək ehtimalı da var.

"Biz sabah da davam edəcəyik. Çox çətin və sərt danışıqlar prosesi gedir. Fasilə zamanı işçi alt qruplar öz işini davam etdirəcək", - Podolyak əlavə edib.