Ukrayna və ABŞ prezidentləri 30 dəqiqə telefonla danışıblar
26 Fevral 2026
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı olub.
Bu barədə Ukrayna Prezidentinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin bildirib.
"Artıq danışığı başa çatdırıblar", - deyə Litvin çərşənbə axşamı jurnalistlərə açıqlamasında bildirib, lakin söhbətin detallarını açıqlamayıb.
O, danışığın təxminən 30 dəqiqə davam etdiyini qeyd edib.
Daha əvvəl Ukrayna və ABŞ prezidentləri arasındakı telefon danışığı barədə "Axios"un müxbiri Barak Ravid məlumatlı mənbələrə istinadən xəbər vermişdi.