Ukrayna Tatarıstandakı "TANEKO" neft emalı zavoduna zərbə endirib
10 Avqust 2026
Ukrayna Nijnekamsk şəhərindəki (Rusiya Federasiyası, Tatarıstan Respublikası) "TANEKO" neft emalı zavoduna zərbə endirib, nəticədə müəssisədə yanğın baş verib.
Bu barədə Ukrayna Müdafiə Qüvvələrinin teleqram kanalında məlumat verilib.
Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, "TANEKO"ya zərbə avqustun 10-na keçən gecə Rusiyanın hərbi potensialının zəiflədilməsi tədbirləri çərçivəsində endirilib.
Bundan başqa, Ukrayna hərbçiləri Luqansk vilayətinin Xrustalnı qəsəbəsində təmir bölməsinin, həmçinin Donetsk vilayətinin Novoselidovka kəndindəki maddi-texniki təminat anbarlarının və Boyevoye yaşayış məntəqəsindəki səhra artilleriya anbarının vurulduğunu bildiriblər. Dəyən ziyanın həcmi dəqiqləşdirilir.
Həmçinin Ukrayna Silahlı Qüvvələri əvvəlki zərbələrin nəticələrini açıqlayıb. Xüsusilə avqustun 8-də Krasnodar diyarında "İlski" NEZ-in vurulmasından sonra "AVT-6" ilkin neft emalı qurğusu zədələnib.
Avqustun 3-də işğal altında olan Krımda yerləşən "Qvardeyskoye" aerodromuna endirilən zərbədən sonra 9 üfüqi aviasiya yanacağı rezervuarı məhv edilib və aviasiya texnikası üçün nəzərdə tutulmuş iki anqar zədələnib