Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Rusiyanın "kölgə donanması"nın daha bir tankerini vurub

Ukrayna Təhlükəsizlik Xidməti və Hərbi Dəniz Qüvvələri Qara dənizdə Rusiyanın "kölgə donanması"na aid daha bir tankerə "Sea Baby" dəniz dronlarından istifadə edərək hücum edib.

Bu barədə "Suspilne" qəzeti Ukrayna kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.

Komor adaları bayrağı altında üzən "Dashan" adlı gəmi transponderi söndürülmüş vəziyyətdə Novorossiyskə doğru gedirmiş.

"Tankerə ciddi ziyan dəyib və zərbə nəticəsində sıradan çıxıb. Mənbələrin məlumatına görə, bu, son iki həftə ərzində hücuma məruz qalan üçüncü Rusiya tankeridir", - məlumatda deyilir.

Nəşr qeyd edib ki, bir səfər zamanı təxminən 60 milyon dollar dəyərində neft məhsulları daşıyıb. "Dashan" gəmisi Aİ, Böyük Britaniya, Kanada, Avstraliya və İsveçrənin sanksiyalarına məruz qalıb.