Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Rusiyanın işğal etdiyi “Boyko qüllələri” vurdu

Ukrayna qoşunları “Çernomorneftqaz” müəssisəsinin Odessa yatağında quraşdırılan və həmçinin “Boyko qüllələri” də adlandırılan 3 qazma platformasına aviazərbələr endirib.

Rusiya mediası xəbər verir ki, bu barədə məlumatı işğal edilmiş Krımın qanunsuz rəhbəri Sergey Aksenov “Rossiya 24” telekanalının efirində açıqlayıb.

Onun sözlərinə görə, platformalara 3 raket zərbəsi endirilib. Zərbə zamanı qazma qurğularda 109 nəfər olub. O bildirib ki, ilkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb.

Qurğularda olan şəxslərin 21-i təxliyə olunub. Hazırda xilasetmə əməliyyatı davam etdirilir.