Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Rusiyanın iki S-400-nü məhv edib

Ukrayna Silahlı Qüvvələri işğal altındakı Krımda iki S-400 "Triumf" zenit-raket qurğusunu zərərsizləşdirib.

Bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsi "Facebook" sosial şəbəkəsində məlumat yayıb.

Həmçinin "Orion" pilotsuz kompleksi üçün peyk rabitəsinin göyərtə və yerüstü aparatlarının antenası (antenalı terminallar) məhv edilib.

"Əməliyyat nəticəsində Rusiya ordusunun təxmini itkiləri on milyonlarla ABŞ dollarına çata bilər", - idarədən qeyd edilib.