Ukrayna Rusiyanı ABŞ raketlərilə vurub?
13 Oktyabr 2022
Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq Rusiyanın Belqorod vilayətini ABŞ-ın təchiz etdiyi AGM-88 HARM antiradar raketləri ilə vurub.
Rusiya tərəfi iddia edir ki, yerli sakinlər tərəfindən sosial şəbəkələrdə yayılan və Amerika raketinin qalıqlarının əks olunduğu fotoşəkillərdə AGM-88 HARM üçün xarakterik olan BSU-59/B işarələnməsini görmək olar.
Rusiya tərəfinin məlumatına görə, cəmi bir gündə (oktyabrın 12-də) Ukraynadan Rusiya regionu üzərinə 100-dən çox raket atılıb. Qeyd olunub ki, təxminən 6 aya yaxındır ki, Rusiya sərhəd bölgəsi ərazisinə belə intensiv hücumlar olmayıb.
Bildirilib ki, Rusiya hava hücumundan müdafiə sistemləri bütün raketləri vurub. Heç kim xəsarət almayıb.