Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Rusiya hərbi aerodromlarına hücum edib, 40 strateji bombardmançı məhv edilib - VİDEO

Ukrayna Rusiyanın hərbi aerodromlarına PUA hücumu həyata keçirib.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilib ki, kütləvi dron hücumu nəticəsində Rusiyanın Murmansk, İrkutsk, Ryazan və digər regionlarında yerləşən hərbi aerodromlarında 40 strateji hərbi təyyarəsi məhv edilib.

Ukrayna teleqram kanalları dron hücumunun və məhv edilən strateji bombardmançı təyyarələrin görüntülərini də yayıb.

Artıq Rusiya Müdafiə Nazirliyi Ukraynanın strateji aviasiya aerodromlarına PUA hücumunu təsdiqləyib. Rusiya MN bu hücumu terror aktı adlandırıb: “Ukrayna Rusiyanın Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki aerodromlara qarşı FPV pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktı törədib. İvanovo, Ryazan və Amur vilayətlərindəki hərbi aerodromlarda bütün terror hücumları dəf edilib.

Murmansk və İrkutsk vilayətlərində, aerodromların bilavasitə yaxınlığında yerləşən ərazidən FPV PUA-larının buraxılması nəticəsində bir neçə təyyarə alovlanıb.

Yanğınlar söndürülüb. Hərbçilər və mülki şəxslər arasında itki yoxdur. Terror aktlarının bəzi iştirakçıları saxlanılıb”.