Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Rostov aerodromuna hücum edib - Rusiyanın 6 döyüş təyyarəsi məhv edilib

Ukrayna Təhlükəsizlik Xidməti Müdafiə Qüvvələri ilə birlikdə Rusiyanın Rostov vilayətinin Morozovsk rayonundakı aerodroma hücum edib, nəticədə 6 təyyarə sıradan çıxarılıb, 8-nə əhəmiyyətli ziyan dəyib.

Bu barədə “RBK-Ukraina” məlumat yayıb.

Bildirilib ki, aerodromda Rusiyanın “Su-24”, “Su-24M”, “Su-34” bombardmançıları yerləşdirilib.

Eyni zamanda hücum nəticəsində Rusiyanın 20-yə yaxın hərbçisinin öldüyü və ya yaralandığı vurğulanıb.