Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna qoşun yerləşdirməyə hazırlaşır: İlan adası belə qaytarıldı - VİDEO

“Ukrayna Silahlı Qüvvələri yenicə azad edilən İlan adasına qoşun yerləşdirməyə hazırlaşır”.

“RBC Ukraina” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksiy Qromov deyib.

“Düşmən adanı tərk etdi. Biz onları buna məcbur etdik. İndi bizim hərbçilərimiz adada deyil, amma olacaqlar”, - o bildirib.

A.Qromov vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin planları bu ada üzərində birbaşa fiziki nəzarət yaratmaqdır.

Bu arada Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı İlan adasındakı hərbi əməliyyatların görüntüsünü paylaşıb. Bunu Silahlı Qüvvələrin Baş Komandanı Valeri Zalujnı feysbukda dərc edib.

“Ərazimizin strateji əhəmiyyətli bölgəsini azad etmək üçün maksimum tədbirlər görən Odessa vilayətinin müdafiəçilərinə təşəkkür edirik. Adanın azad edilməsində mühüm rol oynayan Ukraynanın “Boqdan” özüyeriyən haubitsasının konstruktorlarına və istehsalçıları qarşısında baş əyirəm. Təsir vasitələrini təmin etdikləri üçün xarici tərəfdaşlara təşəkkür edirik.

Ukrayna torpağının hər metrini müdafiə etməyə kömək edən və Ukraynanın silahlı qüvvələrinə inanan hər kəsə təşəkkür edirik”, - V.Zalujnı vurğulayıb.

Xatırladaq ki, bu gün Ukraynanın “Cənub” əməliyyat komandanlığı İlan adasının işğaldan azad edildiyini açıqlayıb. Bu məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib.