Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna prezidenti: “Raket zərbələrini endirənlərin hamısını tapacağıq”

Ukraynaya raketlərin buraxılmasını təmin edən bütün pilotlar, dispetçerlər, texniklər və bütün digər insanlar başa düşməlidirlər - hamınızı tapacağıq”.

“İnterfaks Ukraina” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

“Hər biriniz bu zərbələrə görə məsuliyyət daşıyacaqsınız. Əgər kimsə “əmr belə olub” deyərək məsuliyyətdən yayınacağını hesab edirsə, yanılır”.

“Raketlərinizin evlərimizi vurmaları müharibə cinayətləridir. Məhkəmə - sizi gözləyən budur. Siz heç bir yerdə gizlənə bilməyəcəksiniz - nə raketlərinizin atıldığı Xəzər dənizinin sahilində, nə də Belarusda, heç yerdə”, - Zelenski deyib.