Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna partizanları Rusiyanın Xersona təyin etdiyi məmur öldürülüb

Ukraynanın cənub-şərqində Rusiyanın işğalı altında olan Xerson şəhərinə Moskvanın təyin etdiyi məmur maşına qoyulmuş bombanın partlaması nəticəsində həlak olub.

İlkin informasiyaya görə, iyunun 24-də avtomobilinin partlaması nəticəsində ölən şəxs Dmitri Savluçenkodur. O, şəhərdə işğalçı qüvvələrin qurduğu hərbi-mülki administrasiyanın “Ailə, Gənclər və İdman Direktorluğu”nun başçısı idi.

Partlayış iki maşına ziyan vurub, yaxınlıqdakı yaşayış binasının pəncərələri qırılıb. Başqa itkinin olmadığını deyilir.

Hücuma görə məsuliyyəti götürən olmayıb.

Ukraynanın Müdafiə Nazirliyi və hərbi kəşfiyyatının təmsilçiləri deyirlər ki, Rusiyanın işğal etdiyi ərazilərdə partizan qrupları fəaliyyət göstərirlər.

İndiyədək Melitopol və Enerhodar şəhərlərinə Rusiyanın təyin etdiyi məmurlara qarşı sui-qəsd cəhdləri olsa da, zərərçəkən olmayıb.

Rusiyanın fevralın 24-də Ukraynaya qarşı başlatdığı hücum hələ də davam edir.