Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ordusu Rusiya aviasiyasını məhv edir - bir gündə altı qırıcı və üç helikopter

Martın 16-da gün ərzində Ukraynanın hava hücumundan müdafiəsi Rusiya ordusunun ən azı 10 hava hədəfini məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, Hava Hücumundan Müdafiə Qoşunları Rusiyanın üç “Su-30SM” qırıcısını, bir “Su-34” qırıcı bombardmançısını, bir naməlum tipli təyyarəni, iki helikopteri və bir operativ-taktiki PUA-nı məhv edib.

Bundan əlavə, Quru Qoşunların hava hücumundan müdafiəsi müvafiq olaraq şimal və cənub istiqamətlərində daha bir “Su-34” qırıcı bombardmançı və “Ka-52” helikopterinin vurulduğunu bildirib.