Ukrayna ordusu Krımı vurdu: Rusiyanın 23 hərbçisi ölüb
05 Yanvar 2024
Ukrayna ordusu ilhaq olunmuş Krım yarımadasına və Rusiyanın digər şəhərlərinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.
Rusiya Müdafiə Nazirliyi iddia edir ki, təkcə Krım səmasında Ukraynanın 36 PUA-sı vurulub. Yarımadaya hücum zamanı ölən və dağıntı olub-olmadığı açıqlanmayıb.
Rusiyanın Belqorod vilayətində isə 10 PUA zərərsizləşdirilib. Hücum nəticəsində dağıntılar əmələ gəlib, avtomobillər zədələnib, azı 2 nəfər yaralanıb.
Daha bir PUA isə Novorossiysk vilayətində vurulub.
Ukrayna KİV-i isə bildirir ki, Moskvanın ilhaq etdiyi Krım yarımadasına endirdiyi zərbələr nəticəsində Rusiya ordusunun 23 hərbçisi ölüb. Ölənlərdən 5-nin zabit olduğu bildirilib.
Həlak olanların sayının artacağı istisna deyil.
Ukrayna Silahlı Qüvvələrinin konkret olaraq hansı hədəfləri vurduğu açıqlanmayıb.