Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Moskva aeroportlarını PUA-larla vurdu: Ölən və yaralananlar var

Moskva vilayətinin Domodedovo rayonunda "Miratorg" müəssisəsinin dayanacağının mühafizəçisi pilotsuz uçuş aparatlarının (PUA) hücumu zamanı həlak olub, iki nəfər xəsarət alıb. 

TASS xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bundan əlavə, dayanacaqdakı avtomobillər də yanıb.

“Rosaviasiya”nın məlumatına görə, Moskvada Vnukovo və Şeremetyevo hava limanlarında uçuş təhlükəsizliyini təmin etmək üçün təyyarələrin qəbulu və yola salınması ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

"Moskvanın Vnukovo hava limanında təyyarələrin qəbulu və yola salınması ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - məlumatda vurğulanıb.

“Rosaviasiya”dan bildirilib ki, Domodedovo hava limanında artıq məhdudiyyətlər tətbiq edilib.

Daha əvvəl paytaxt meri Sergey Sobyanin rəsmi teleqram kanalında qeyd edib ki, Moskvaya yaxınlaşarkən vurulmuş PUA-ların sayı 73-ə çatıb.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, ümumilikdə ötən gecə Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin regionları üzərində Ukraynaya məxsus 337 pilotsuz uçuş aparatını (PUA) vurub.

Bu, 2025-ci ildə ən böyük hücum olub.

"Ötən gecə ərzində HHM vasitələri ilə 337 Ukrayna pilotsuz uçuş aparatı - Moskva vilayəti ərazisi üzərində 91, Kursk vilayəti ərazisi üzərində 126, Bryansk vilayəti ərazisi üzərində 38, Belqorod vilayəti ərazisi üzərində 25, Ryazan vilayəti ərazisi üzərində 22, Kaluqa vilayəti ərazisi üzərində 10, Lipetsk vilayəti ərazisi üzərində 8, Oryol vilayəti ərazisi üzərində 8, Voronej vilayəti ərazisi üzərində 6, Nijni Novqorod vilayəti ərazisi üzərində isə 3 PUA vurulub", - nazirlikdən bildirilib.