Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Lisiçansk şəhərini itirdiyini təsdiqləyib

Ukrayna hərbçiləri Luqansk vilayətinin ən böyük şəhərlərindən biri olan Lisiçanskini tərk ediblər. Ukrayna Silahlı Qüvvələri şəxsi heyətin həyatını xilas etmək üçün mövqelərindən geri çəkilib.

Bu barədə Ukrayna Baş Qərargahı rəsmi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Rusiya Silahlı Qüvvələrinin artilleriya, aviasiya, reaktiv yaylım atəşi sistemləri, döyüş sursatları və şəxsi heyətlə bağlı çoxsaylı üstünlüyü kontekstində şəhərin müdafiəsinin davam etdirilməsi ölümcül nəticələrə gətirib çıxaracaqdı.