Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna limanlarından 4 gəminin çıxışına icazə verildi - İLK DƏFƏ

4 gəminin bu gün Ukrayna limanlarını tərk etməsinə icazə verilib.

Bu barədə BMT-nin yaydığı pres-relizdə bildirilib.

Bildirilir ki, koordinasiya mərkəzi 5 gəminin humanitar koridora daxil olmasına icazə verib. 4 gəmi Odessa və Çernomorsk limanlarından 161 084 ton ərzaq daşıyacaq. Gəmilərin yükü dənli bitki, un və günəbaxan yağından ibarətdir.

İstanbul boğazında lövbər salmış quru yük gəmisinin isə Çernomoska yola düşməsinə icazə verilib.

Bütün gəmilər İstanbulda dayanaraaq yoxlanışdan keçiriləcək.