Ermənistan parlamentində insident: Deputatı tribunadan güclə uzaqlaşdırdılar - VİDEO
27 Oktyabr 2026
Ermənistan Milli Assambleyasının bugünkü iclası təhlükəsizlik xidməti əməkdaşlarının iclas zalına çağırılması ilə başlayıb.
Ermənistan mətbuatı xəbər verir ki, hadisə müxalif “Güclü Ermənistan” blokunun deputatı Edqar Kazaryan çıxış edərkən baş verib.
Belə ki, Kazaryan çıxışı zamanı parlamentin spikeri Ruben Rubinyanı tənqid edib.
Rubinyan müxalif deputatdan bir neçə dəfə cari gündəliklə bağlı çıxış etməsini xahiş etsə də, Kazaryan buna məhəl qoymayıb. Nəticədə spiker deputatın mikrofonunun söndürülməsini tələb edib, bir qədər sonra isə o, təhlükəsizlik xidməti əməkdaşlarının müşayiəti ilə tribunadan uzaqlaşdırılıb.