Ukrayna Krıma gedən dəmir yolunu bombaladı
07 Yanvar 2024
Ukrayna Silahlı Qüvvələri Rusiyanı Krım yarımadası ilə birləşdirən dəmiryolunu dağıdıb.
Bunu Ukraynanın Mariupol şəhəri merinin müşaviri Pyotr Andryuşenko teleqramda yazıb.
O bildirib ki, Ukrayna ordusu Qranitnoye kəndi ərazisinə məqsədyönlü və dəqiq zərbələr endirib.
Məlumata görə, ərazidəki yanacaq çənləri də hədəf alınıb.
Qeyd edək ki, Ukrayna son günlər Krım yarımadasına müntəzəm zərbələr endirir.