Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Krım körpüsünə "Flamingo" raketi ilə zərbə endirib, tağlardan biri uçub

Ukrayna ordusu ötən gecə Krım körpüsünə FP-5 "Flamingo" qanadlı raketi ilə zərbə endirib.

17 noyabr gecəsi baş verən ikinci hücumdan sonra Krım körpüsünə dəyən ziyan xeyli ağır olub.

Belə ki, yol hissəsi də daxil olmaqla, körpünün konstruksiyalarına ciddi ziyan dəydiyi bildirilib.

Teleqram kanalları körpünün tağlarından birinin uçduğu görüntülərini yayıblar.

Rusiya Nəqliyyat Nazirliyi nəqliyyat vasitələrinin və qatarların hərəkətinin tamamilə dayandırıldığını təsdiqləyib. Mütəxəssislər körpünü yoxlamağa və ziyanı qiymətləndirməyə davam edirlər.

Qeyd edək ki, Ukrayna ordusu dünən də Krım körpüsünə dron zərbəsi endirmişdi. Bu zərbədən sonra körpüyə az zərər dəydiyi açıqlanmışdı.

***

08:14

Krım körpüsünün bir sutka ərzində ikinci dəfə hücuma məruz qaldığı bildirilir.

Rusiya mediasının məlumatına görə, bu barədə Krımın Rusiya tərəfindən təyin edilmiş rəhbəri Sergey Aksyonov bildirib.

Onun sözlərinə görə, hadisə ilə əlaqədar körpüdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılıb.

Aksyonov yarımadanın sakinlərini və turistləri hələlik körpü istiqamətində səfərlərdən çəkinməyə çağırıb.

Qeyd edək ki, Ukrayna ordusu Krım körpüsünə bir müddət öncə də zərbə endirmişdi.