Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna iqtisadiyyatına 700 milyarda yaxın ziyan dəyib

Bu ilin sonuna qədər müharibə nəticəsində Ukrayna iqtisadiyyatına dəymiş ziyan iki dəfə artaraq 700 milyard ABŞ dollarına çatacaq.

“İnterfaks-Ukrayna” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Parisdə keçirilən iqtisadi forumda bildirib.

“Dünya Bankının təsdiq etdiyi hesablamalarımıza görə, iyunun 1-nə Ukrayna iqtisadiyyatına dəymiş zərərin məbləği 350 milyard dollar təşkil edir. İlin sonuna qədər bu məbləğ, aydındır ki, iki dəfə artacaq. Biz bunu başa düşürük, çünki dağıntılar davam edir”, - o deyib.

Eyni zamanda, baş nazir müharibənin ölkə iqtisadiyyatının bütün sahələrinə çətinlik yaratdığını vurğulayıb.