Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ilk dəfə "Pelikan" ballistik raketini buraxıb

Ukrayna öz istehsalı olan FP-7 ballistik raketinin ilk döyüş buraxılışını həyata keçirib. Bu barədə ölkə prezidenti Volodimir Zelenski məlumat verib. O, Telegram-kanalında raketin buraxılış videosunu yayımlayıb və bildirib ki, indi növbə seriyalı istehsalındır.

"Pelikan" adı ilə tanınan FP-7 raketini Ukraynanın "Fire Point" özəl müdafiə şirkəti hazırlayıb. Bu, mobil və ya yerüstü platformalardan buraxılan "yer-yer" tipli taktiki ballistik raketdir.

"Pelikan"ın maksimum uçuş məsafəsi 200 kilometr, döyüş başlığının çəkisi 150 kiloqramdır. Maksimum sürəti saniyədə 1500 metrə çatır.

Şirkətin baş konstruktoru Denis Ştilerman "Reuters"ə bildirib ki, yeni FP-7 raketi Ukrayna ordusunun döyüşlərdə istifadə etdiyi ABŞ istehsalı ATACMS raketləri ilə oxşar xüsusiyyətlərə malikdir.

Sentyabrın 20-nə keçən gecə Ukrayna hərbçiləri Moskvaya və Moskva vilayətinə zərbələr endiriblər. Zelenski həmin hücumda "Pelikan"dan da istifadə olunduğunu bəyan etmişdi. Sonradan bəlli olub ki, söhbət raketdən deyil, eyniadlı qanadlı drondan gedirmiş.