Ukrayna ABŞ-dən 15 milyard dollarlıq silah istəyir
24 Yanvar 2026
Ukrayna PURL təşəbbüsü çərçivəsində aldığı ABŞ silahlarına 2026-cı ildə 15 milyard dollar həcmində ehtiyac duyur.
Bu barədə Ukraynanın NATO-dakı Missiyasının rəhbəri Alena Getmançuk "RBK-Ukrayna"ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna hava hücumundan müdafiə vasitələrinə, xüsusilə "Patriot" və NASAMSa ehtiyac duyur. Bunları təqdim edə biləcək ölkələrin dəqiq siyahısı var.
"Ona görə də, əlbəttə ki, bu istiqamətdə intensiv işləməyə davam edirik, çünki bu il PURL təşəbbüsü çərçivəsində formalaşmış ehtiyac 15 milyard dollardır", - A.Getmançuk qeyd edib.