Logo
news content
User
Kateqoriyalar

Xəbər

Uitkoff və Putin Sankt-Peterburqda görüşüblər

ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Onların görüşü dörd saatdan çox davam edib.

Ağ evin sözçüsü Kerolayn Livitt brifinqdə deyib ki, Uitkoffun Rusiyaya səfəri sülhə doğru daha bir addımdır.

"Axios" nəşri yazır: Donald Tramp Ukraynaya qarşı müharibə ilə bağlı Moskva ilə danışıqlarda irəliləyişin olmamasından narazı olduğu üçün Uitkoffu Rusiyaya göndərib.

Bu, Trampın ABŞ prezidenti vəzifəsinə başlamasından sonra Putin və Uitkoffun üçüncü görüşüdür.

Putinlə görüşməzdən əvvəl Uitkoff Rusiya prezidentinin xarici ölkələrlə əməkdaşlıq üzrə nümayəndəsi Kirill Dmitriyevlə danışıqlar aparıb, həmçinin Böyük xor sinaqoquna baş çəkib. Pasxa bayramı ərəfəsində icma liderləri Uitkoffa matsa (fətir) və şərab hədiyyə ediblər.

Sinaqoqdan sonra Uitkoff Müqəddəs İsaak kafedralını ziyarət edib.