Logo
news content
User
Kateqoriyalar

Xəbər

UEFA Avropa Liqası: Finalçılar bəllidir

UEFA Avropa Liqasının yarımfinalının ikinci matçında Almaniyanın "Bayer 04" və İtaliyanın "Roma" komandaları qarşılaşıblar.

Komandalar Almaniyanın Leverkuzen şəhərindəki "Bay Arena" stadionunda oynayıblar. Oyun 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, yarımfinalın ilk oyununda "Bayer 04" 2:0 hesabı ilə qalib gəlib. Beləliklə, iki görüşün yekununa görə Leverkuzen təmsilçisi Avropa Liqasının finalına çıxıb.

"Atalanta" isə İtaliyada Fransanın "Marsel" komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Birinci qarşılaşmada 1:1 hesabı qeydə alındığı üçün Berqamo təmsilçisi adını finala yazdırıb.

Beləliklə, "Atalanta" və "Bayer 04" Avropa Liqasının 2023/2024 mövsümünün finalında oynayacaq. Həlledici görüş mayın 22-də İrlandiyanın Dublin şəhərində keçiriləcək. Matç "Aviva" stadionunda baş tutacaq.