Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkmənistanda yeni prezidenti - Yenə Berdıməhəmmədov

Türkmənistanın hazırkı Prezidenti Qurbanqulu Berdıməhəmmədovun oğlu, 40 yaşlı Sərdar Berdıməhəmmədov ölkənin yeni prezidenti seçilib.

Türkmənistan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Sərdar Berdiməhəmmədov seçicilərin 72,97%-nin səsini qazanıb.

Martın 12-də Türkmənistanda keçirilmiş prezident seçkilərində qeydiyyata alınmış 3 milyon 460 min 080 seçicidən 3 milyon 362 min 052 nəfəri iştirak edib, bu isə ümumi seçicilərin 97,17%-i deməkdir.

MSK-nın məlumatına görə, prezidentlik kürsüsü uğrunda mübarizə aparmış 9 namizəd aşağıdakı kimi səs qazanıb:

- Lebap vilayətinin maliyyə-iqtisadi orta peşə məktəbinin direktoru Perhat Begencov - 2,02%;

- Marı vilayəti başçısının müavini Ağacan Bəymıradov - 7,22%;

- Baş nazirin iqtisadiyyat və maliyyə məsələləri üzrə müavini Sərdar Berdıəhəmmədov - 72,97%;

- Türkmənistanın Səhiyyə və Tibb Sənayesi Nazirliyinin “Avaza” sanatoriyasının Baş həkimi, Türkmənistan Məclisinin deputatı Berdıməmməd Qurbanov - 2,22;

- “Vepaly gurluşyk” Tikinti Şirkətinin direktoru Babamırat Meredov - 1,08%;

- Türkmənistan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun elmi işlər üzrə prorektoru Xıdır Nunnayev - 11,09%;

- Türkmənistan Demokratik Partiyasının Daşoğuz vilayətinin Saparmurat Türkmənbaşı adına rayon Komitəsinin sədri Maksat Odeşov - 1,15%;

- Axal vilayəti Babadayxan Rayonu Sanitar-Epidemioloji Xidmətinin rəisi Maksatmırat Ovezgeldiyev - 1,16%;

- Dövlət Energetika İnstitutunun “Bərpa olunan Enerji Mənbələri” Elmi-İstehsalat Mərkəzinin direktoru Kakageldi Sarıyev - 1,09%.