
Türkmənistan "Cəhənnəm qapısı"nda alovun həcmini azaltmağa nail olub
06 İyun 2025
Türkmənistan tərəfi ölkənin Qaraqum səhrası ərazisində 50 illik bir müddətdə davam edən qaz əsaslı alovun həcmini əhəmiyyətli dərəcədə azaltmağa nail olub.
“Agence France-Presse”yə istinadən xəbər verir ki, 1971-ci ildən tüğyan edən və atmosferə xeyli miqdarda metan qazı yayan nəhəng qaz məşəli üçqat həcmdə ram edilib.
Bu məlumatı “Turkmengaz” Dövlət Energetika Şirkətinin direktoru İrina Luryova da təsdiqləyib.
Onun sözlərinə görə, alovun çıxdığı ərazinin ətrafında metan qazının hasilatı məqsədilə çoxsaylı quyular qazılıb.
Qeyd edək ki, Türkmənistanın Darvaza qəsəbəsində yerləşən "Darvaza krateri"ndən illərdir alov püskürür. Bu səbəbdən yerli sakinlər arasında krater "cəhənnəm qapısı" adlandırılır. Məlumata görə, 1971-ci ildə sovet geoloqları qəsəbədə yeraltı qazların toplaşdığı ərazi aşkar ediblər. Qazıntı işləri nəticəsində geoloqlar yeraltı boşluqla qarşılaşıblar. Nəticədə yer qatı ucaraq böyük çüxur əmələ gəlib. Çüxurun dərinliyi 30, diametri isə 69 metrdir.
Qazıntı qurğuları və nəqiyyat vasitələri çuxura düşsə də, insan tələfatı qeydə alınmayıb. İnsan səhhəti üçün təhlükəli olan qazın ətrafa yayılmaması üçün alimlər həmin qazları yandırmağı qərara alıblar.
Geoloqlar hesab edirdilər ki, yanğın bir neçə günə sönəcək. Lakin onlar yanılıblar. 1971-ci ildən indiyə qədər kraterdən çıxan qazlar gecə-gündüz fasiləsiz olaraq yanır. Qeyd edək ki, ərazidə zərərli qazlar olduğuna görə, 2004-cü ildə Darvaza kəndi ləğv edilib.
Beynəlxalq Energetika Agentliyi Türkmənistanın atmosferə ən çox metan qazı buraxan ölkə olduğunu açıqlayıb. Bu dövlət qaz ehtiyatlarına görə dünyada 4-cü yeri tutur.