Türkiyənin tanınmış jurnalisti Fatih Altaylı saxlanılıb
22 İyun 2025
Türkiyədə tanınmış jurnalist Fatih Altaylı saxlanılıb.
Bu haqda onun həyat yoldaşı Hande Altaylı məlumat yayıb.
Fatih Altaylının dünən axşam saatlarında İstanbulun Şişli rayonundakı evində saxlanıldığı bildirilir.
İstanbul Prokurorluğu jurnalist Fatih Altaylının saxlanılmasının səbəbini açıqlayıb. O, sosial media hesabında verdiyi açıqlamalara görə “prezidenti təhdid etmə” ittihamı ilə başladılan istintaq çərçivəsində saxlanılıb.
“20.06.2025-ci il tarixində adı hallanan “Youtube” sosial media kanalında prezidentimiz Rəcəb Tayyib Ərdoğanı hədəf alan təhdid xarakterli açıqlamalarına görə Fatih Altaylıya qarşı CM-nin 310/2 və 106/1-ci maddələri (prezidenti təhdid etmə) ilə istintaq başladılıb. İstanbul Polis İdarəsinə onun saxlanılması ilə bağlı göstəriş verilib”, - İstanbul Prokurorluğunun açıqlamasında deyilir.