Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyənin milli müdafiə naziri Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulmasından danışıb

"Hadisəyə nikbinliklə baxırıq. Atəşkəs pozuntuları getdikcə azalır. Sabitlik daha əhatəli olur”.

Bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Nazir qeyd edib ki, Azərbaycanla ortaq hərbi fəaliyyət davam edir. Ermənistanla sərhəddə atəşkəsə nəzarət üçün ötən il yanvarın 30-dan etibarən Rusiya ilə birlikdə ortaq mərkəz yaradılıb. Ermənistanla Azərbaycan sərhədində atəşkəsin pozulması halları nəzarət altına alınıb:

“Ümid edirik ki, yaxın günlərdə daha sabit vəziyyət yaranacaq. Buradakı məsələlərdə Türkiyə-Rusiya əməkdaşlığının uğurlu olacağına, atəşkəsin əldə ediləcəyinə inanırıq, bunun davamlılığına öz töhfəmizi verdiyimizi görürük”.

Türkiyə hərbçilərinin Azərbaycan Ordusu ilə birlikdə azad olunmuş ərazilərdə mina və əldəqayırma partlayıcı maddələrin təmizlənməsinə çalışdıqlarını qeyd edən Hulusi Akar burada sülhün daimi olmasının həm Xəzər, həm də Qara dəniz regionunda müsbət təsirlərinin olacağını bildirib.(Report)