Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə "Sözcü TV"nin mərkəzi ofisində əməliyyat: Qəyyum təyin edildi

Bu gün səhər saatlarında Türkiyədə "Sözcü TV" və Sözçü.com.tr-yə qarşı böyük əməliyyat keçirilib. “Sözcü TV”nin mərkəzi ofisində axtarış aparılıb.

Verilən məlumata görə, kanalın İdarə Heyətinin sədri Funda Tuncer Sıdalı və daha bir neçə şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məhkəmənin müvafiq qərarına əsasən "Sözcü TV" və Sözçü.com.tr-yə qəyyum təyin edilib, ərazidə isə təhlükəsizlik tədbirləri görülüb.

 “Yeni Partiya”nın lideri Özgür Özəl qərarə sərt tənqid edib. O, “Halk TV”dən sonra "Sözcü TV" və Sözçü.com.tr-yə qəyyum təyin edilməsini Türkiyədə söz azadlığının pozulması, müxalifətə təzyiq kimi dəyərləndirib.