Türkiyədə sərnişin avtobusu yanıb, biri uşaq olmaqla 8 nəfər ölüb
31 May 2026
Türkiyənin Denizli vilayətində sərnişin avtobusunda yanğın baş verib.
CNN Türk-ün məlumatına görə, hadisə nəticəsində biri uşaq olmaqla azı 8 nəfər ölüb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Məlumata əsasən, avtobusda başlayan yanğın qısa müddətdə genişlənərək nəqliyyat vasitəsini tamamilə alov bürüyüb. Hadisə yerinə çoxsaylı yanğınsöndürən, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralanan şəxslərin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Türkiyə rəsmiləri hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün istintaq başladıldığını açıqlayıb. Ölən və yaralananların şəxsiyyəti ilə bağlı məlumatların dəqiqləşdirildiyi qeyd olunur.