Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə inflyasiya növbəti dəfə rekordunu yeniləyib

Türkiyədə illik inflyasiya növbəti dəfə rekordunu yeniləyib.

İstehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) ötən ilin eyni dövrünə nisbətən bu ilin oktyabr ayında 85,51%-ə çatıb. Oktyabr ayında qiymətlər sentyabr ayına nisbətən 3,54% artıb.

İllik baza inflyasiya oktyabr ayında 65,26% təşkil edib.

İstehsalçı qiymətləri indeksi sentyabr ayında ötən ilin eyni dövrünə nisbətən 151,50% artımla yüksəlişini davam etdirib. Aylıq istehsalçı inflyasiyası 4,78 faiz təşkil edib.

Qeyd edək ki, Türkiyədə inflyasiya ardıcıl 17 aydır artmaqda davam edir.