Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə dincəlməyə gedənlərin nəzərinə: 2 faizinizi hazırlayın

Türkiyədə 2023-cü il yanvarın 1-dən etibarən iki faizlik yaşayış vergisi tətbiq edilməyə başlanacaq.

Hotellərdə, turizm kəndlərində, motellərdə, pansionatlarda, qonaq evlərində və digər yerləşdirmə obyektlərində bilavasitə onların özləri tərəfindən yerləşdirməyə görə vergi tutulacaq.

Səyahət agentlikləri də bunu öz turlarına daxil edə bilərlər.

Yataqxanalarda, pansionatlarda və düşərgələrdə yaşayan şagird və tələbələr, habelə Türkiyədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin və nümayəndələri diplomatik statusa malik beynəlxalq təşkilatların nümayəndələri vergilərdən azaddırlar.

Türkiyənin yaşayış vergisi 2019-cu ilin oktyabrında məlum olub. İlkin olaraq Türkiyədə bir hotel otağının qiymətinin 2%-nin tutulması qərarı 2020-ci il aprelin 1-dən qüvvəyə minməli idi, lakin hökumət koronavirus pandemiyası səbəbindən onun icrasını təxirə salıb.