Türkiyə və Pakistan hərbi qüvvələri Səudiyyə Ərəbistanına göndərilr - Foto
06 Oktyabr 2026
Məkkə müqaviləsinin iştirakçısı olan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə üzrə öhdəliklərin praktiki icrasına və Səudiyyə Ərəbistanı ərazisində hərbi qüvvələrin yerləşdirilməsinə dərhal başlamaq barədə qərar qəbul ediblər.
TASS xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin yaydığı alyans komitəsinin fövqəladə iclasının yekunlarına dair birgə bəyanatda bildirilib.
"Komitə birgə müdafiə öhdəliklərinin praktiki icrasına dərhal başlanılması, razılaşdırılmış silahlı qüvvələrin və hərbi imkanların təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi, həmçinin onların qısa müddətdə krallıq ərazisində yerləşdirilməsi barədə qərar qəbul edib", - deyə sənəddə qeyd olunub.
Vurğulanıb ki, qoşunların göndərilməsi döyüş hazırlığının, hərbi inteqrasiyanın və təhdidlərə qarşı kollektiv müqavimət qabiliyyətinin artırılması məqsədilə iştirakçı ölkələrin milli qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək.
Bəyanatda həmçinin hər bir dövlətin təhlükəsizliyinin "üç ölkənin kollektiv təhlükəsizliyinin ayrılmaz hissəsi" olduğu xüsusi qeyd edilib.
