Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyə Müdafiə Nazirliyi Ukraynaya hərbçi göndərilməsinin mümkünlüyünə münasibət bildirib

Türkiyə Milli Müdafiə Nazirliyi (MN) Ukraynaya sülhməramlıların göndərilməsinin mümkünlüyünə münasibət bildirib.

Nazirlikdəki mənbələr bununla bağlı yayılan xəbərləri şərh ediblər.

Bildirilib ki, “sülh üçün ehtiyac olacağı təqdirdə, lazımi qiymətləndirmələr aparıla bilər”.

“Bizim fikrimiz ondan ibarətdir ki, ədalətli və davamlı sülhə hər iki tərəfin bərabər və ədalətli təmsil olunması ilə nail olmaq olar. Bu prosesdə ölkəmiz regionda sülhün təmin edilməsi, Qara dənizin sülh dənizi kimi qorunması və Ukraynanın bərpası üçün hər cür konstruktiv təşəbbüsləri dəstəkləməyə davam edəcək”, - qeyd olunub.