Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024
Ankara İsrail tərəfi ilə bütün ticarət əlaqələrini dayandırıb.
Bu barədə Bloomberg iki türk rəsmisinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi pul ifadəsində 6,8 milyard dollar təşkil edib.
Eyni zamanda, tədarükün 76%-i Türkiyə mallarının ixracından əldə olunub.
Türkiyənin Ticarət Nazirliyi ölkənin İsraillə bütün ixrac və idxal əməliyyatlarını dayandığını təsdiqləyib. Qeyd olunub ki, bu qadağa İsrail hökumətinin Qəzzaya fasiləsiz humanitar yardım axınına icazə verənə qədə həyata keçirəcək.